Xəbər verdiyimiz kimi, “Neftçi” gürcü müdafiəçi Solomon Kverkveliya ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Rekord.az-a daxil olan məlumata görə, futbolçu "Neftçi"də oynamaqda maraqlı olub.

Aldığı maaş da onu qane edirdi. Lakin komandaya yeni baş məşqçi gələn Adrian Mutu onun oyununu bəyənməyib və sisteminə uyğun olmadığını bildirib. Ona görə də rəhbərlik futbolçu ilə danışıb və müəyyən təzminat qarşılığında onunla müqaviləyə xitam verilib.