“Neftçi”dən ayrılan Solomon Kvirkveliyanın yeni klubu müəyyənləşib.

Rekord.az xəbər verir ki, Gürcüstan millisinin müdafiəçisi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

31 yaşlı futbolçu “Əl-Ohdud” klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, “Neftçi” Kvirkveliya ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv etdiyini açıqlayıb.