“Yuventus”un müdafiəçisi Corco Kyellini zədəsini sağaldaraq sıraya dönüb.

Rekord.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

Təcrübəli futbolçu artıq komanda ilə məşqlərə qatılır. Kapitanın A Seriyasının növbəti turu çərçivəsində baş tutacaq “Spetsiya” ilə oyunda meydana çıxması ehtimalı böyükdür.