La Liqa klubu məşqlərə başlamaqdan imtina etdi: “Qorxuruq”
- 06 May 2020 18:00
- 683
İspaniyanın “Eybar” klubu məşqlərə başlamaqdan imtina edib.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Eybar” La Liqa klublarının koronavirus pandemiyası səbəbiylə dayandırdıqları məşqlərə başlamasına icazə verilməsini tənqid edib. Verilən açıqlamada, futbolçuların virusa yoluxmaqdan qorxduqları bildirilib:
“Sosial məsafə ilə bağlı edilən tövsiyələri yerinə yetirə bilməyəcəyimiz ehtimalına görə fəaliyyətə başlamağa qorxuruq. Sevdiyimiz işi görərkən, virusa yoluxa, ailəmizi, dostlarımızı yoluxdura və hər kəs üçün dəhşətli nəticələri olan yeni vəziyyətin yaranmasına kömək edə bilərik. İnsanların sağlamlığı ən vacib məsələ olmalıdır. Bunu sadəcə sözlərlə deyil, əməllərlə də dəstəkləmək zamanıdır. Sağlamlığın və təhlükəsizliyin qorunmasına zəmanət verilməyini istəyirik”.