La Liqa klubu milli üzvü ilə gücləndi
- 28 Dek 2023 11:30
- 230
“Betis” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi ABŞ yığmasının və Braziliyanın “İnternasyonal” klubunun yarımmüdafiəçisi Conni Kardozonu heyətinə qatıb.
Onunla müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Transfer “Betis”ə 6 milyona avroya başa gəlib. Futbolçunun müqaviləsi 2024-cü ilin yanvar ayının 1-də qüvvəyə minəcək.
Kardozo “İnternasyonal”ın heyətində 144 oyun keçirib, 7 qol vurub, 5 məhsuldar ötürmə verib. O, ABŞ yığmasında da 9 oyun keçirib.