La Liqa klubu onunla müqaviləyə xitam verdi
- 06 Avq 2023 11:00
- 521
İspaniyanın “Selta” klubu hücumçusu, həbs olunmuş Santi Mina ilə müqaviləyə xitam verib.
Rekord.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Santi Mina ilə əmək müqaviləsini birtərəfli qaydada ləğv edilib.
Xatırladaq ki, iyul ayında Minaya təcavüzə görə 4 il həbs cəzası kəsilib. Hadisə 2017-ci ildə futbolçunun "Valensiya"da çıxış etdiyi vaxt baş verib. Mina zərərçəkmişə 25 min avro ödəməli olacaq.Onun qərardan İspaniya Ali Məhkəməsinə şikayət etmək hüququ var.
Ötən mövsüm Mina Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunda icarə əsasında çıxış edib. O, 2019-cu ildən "Selta"da oynayırdı.