La Liqa klubu “qol silahı”nı itirdi
- 02 Mar 2020 19:20
- 780
İspaniyanın “Valensiya” klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisinin əsas qol silahı Maksi Qomes sıradan çıxıb.
23 yaşlı hücumçu “Betis”ə 1:2 hesabıyla uduzduqları oyunda zədələnib. Oyundan sonra ətraflı müayinə olunan futbolçunun sol ayaq barmağında qırıq aşkarlanıb. Bu üzdən uruqvaylı forvardın qarşıdakı günlərdə əməliyyat olunacağı bildirilir. Qomes azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Uruqvay yığmasının da formasını geyinən Maksi Qomes bu mövsüm “Valensiya”da 22 oyuna çıxıb, 8 qola imza atıb.