
La Liqa klubu türk futbolçu ilə vidalaşdı
- 02 İyl 2022 11:45
- 459
Türkiyəli futbolçu Okay Yokuşlu İspaniyanın “Selta” klubundan ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasənda xitam verilib.
Türkiyə yığmasının da üzvü olan yarımmüdafiəçi son mövsümü "Xetafe"də icarədə keçirib.