La Liqa klubu türk futbolçunu icarəyə götürdü
- 24 Avq 2024 16:20
- 153
“Renn”in hücumçusu Bertuğ Yıldırım karyerasını İspaniyada davam etdirəcək.
Rekord.az xəbər verir ki, “Xetafe” 22 yaşlı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli forvard 2024/2025 mövsümündə La Liqa təmsilçisinin formasını geyinəcək.
“Renn” Bertuğ Yıldırımı ötən ilin yayında “Hatayspor”dan transfer edib. Türkiyə millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.