La Liqa klubunda 6 aylıq itki və yeni müdafiəçi
- 26 Avq 2020 16:41
- 584
İspaniyanın “Betis” klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisinin yarımmüdafiəçisi Viktor Kamarasa uzun müddətə sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanın məşqi zamanı sağ dizindən ağır zədə alan futbolçunun bərpası üçün azı altı ay tələb olunduğu bildirilir.
Yeri gəlmişkən, “Betis” heyətini yeni futbolçu ilə də gücləndirib. Sözügedən klub İngiltərə təmsilçisi “Brayton”dan ayrılan ispan sağ cinah müdafiəçisi Martin Mantoyanı heyətinə qatıb. 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Barselona”nın yetirməsi olan kataloniyalı oyunçu bu komandadan əlavə, Milan “İnter”ində, “Valensiya”da da oynayıb. O, 2016-cı ildə icarə əsasında da “Betis”in uğurları üçün çalışıb.