İspaniyanın “Levante” klubunda baş məşqçi Pako Lopeslə yollar ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Lopeslə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. İstefaya komandanın ardıcıl 3 oyunda məğlub olması səbəb göstərilir.

“Levante” La Liqada 18-ci sırada qərarlaşıb.