İspaniyanın “Qranada” komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb.

Rekord.az xəbər verir ki, La Liqa klubu Pako Lopesi istefaya göndərib.

Buna komandanın uğursuz çıxışı səbəb olub. Lopes 2022-ci ilin noyabrından “Qranada”ya rəhbərlik edirdi.

Artıq “Qranada”nın yeni baş məşqçisi də məlumdur. Komandanı bundan sonra Aleksandr Medina çalışdıracaq. 45 yaşlı uruqvaylı ilə müqavilə 2024-cü ilin yayına kimidir.

“Qranada” bu mövsüm İspaniya La Liqasında 14 oyuna topladığı 7 xalla 19-cudur.