İspaniyanın “Alaves” klubunun yeni baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisinin “sükan”ı Xuan Ramon Munisə tapşırılıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Munislə müqavilə mövsümün sonuna qədərdir.

Xuan Ramon Munis “Alaves”də baş məşqçi postunda dünən istefaya göndərilən Aser Qaritanonu əvəzləyib. Komanda La Liqada 15-ci sıradadır.