La Liqa klubunda baş məşqçiylə yeni müqavilə
- 31 May 2020 17:20
- 594
İspaniyanın “Atletik” klubu baş məşqçi Qaiska Qaritanonun müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qaritano ilə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
2018-ci ildən “Atletik”də çalışan Qaritanonun müqaviləsi mövsümün sonuna qədər idi.
Koronavirusa görə dayandırılan La Liqada “Atletik” 10-cu sıradadı. La Liqa iyunun 11-də bərpa olunacaq.