İspaniyanın “Hueska” klubunun yeni baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisinin “sükan”ı  Xose Roxo Martinə tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 52 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Paçeta ləqəbi ilə tanınan Martin “Hueska”da baş məşqçi postunda Miçeli əvəzləyib.

“Hueska” La Liqada sonuncu sıradadır.