La Liqa klubunda yeni baş məşqçi
- 27 May 2021 21:30
- 601
İspaniyanın “Xetafe” komandasının yeni baş məşqçisi bəlli olub.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Xose Migel Qonsales (Miçel) çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar. 58 yaşlı mütəxəssisin rəsmi təqdimat mərasimi mayın 31-də təşkil olunacaq.
Qeyd edək ki, son olaraq Meksikanın “UNAM Pumas” komandasını çalışdırmış Xose Migel Qonsales, “Rayo Valyekano”, “Sevilya”, “Olimpiakos”, “Olimpik” (Marsel), “Malaqa”, həmçinin Madrid “Real”ının B komandasında da baş məşqçi olub. O, 2009-2011-ci illər aralığında isə məhz “Xetafe”yə rəhbərlik edib. Bir sözlə, təcrübəli məşqçi 10 il sonra keçmiş komandasına qayıdıb.