![photo](https://www.rekord.az/storage/uploads/5/f-160.jpg)
La Liqa klubunda yeni baş məşqçi
- 12 İyl 2023 14:30
- 260
“Rayo Valyekano”nun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Fransisko Rodriqes çalışdıracaq.
45 yaşlı ispan mütəxəssislə 1 illik müqavilə imzalanıb.
O, daha öncə “Jirona”, “Elçe”, “Hueska”, “Kordoba”, “Luqo”, “Mursiya” və “Almeriya” kimi klublarda da baş məşqçi kimi çalışıb.
Rodriqes bu postunda Andoni İraolanı əvəz edib. Hansı ki, o, bu yay sözügedən klubdan ayrılaraq İngiltərənin “Bornmut” komandasının “sükanı arxası”na keçmişdi.