La Liqa klubunda yeni baş məşqçi
- 08 Okt 2019 11:21
- 962
İspaniyanın “Espanyol” klubunda baş məşqçi dəyişikliyi qeydə alınıb.
Rekord.az xəbər verir ki, David Qalyeqo postundan ayrılmağa qərar verib.
O, komandanın cari mövsümdəki uğursuz çıxışına görə istefa verib. Klub rəhbərliyi 47 yaşlı mütəxəssisin istefasını qəbul edib.
Qalyeqo 2019-cu ilin iyun ayından “Espanyol”u çalışdırırdı. Onun rəhbərliyi altında komanda La Liqanın cari mövsümündə 8 oyuna cəmi 5 xal toplayıb və 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.
Artıq “Espanyol”un yeni baş məşqçisi də məlumdu. Klubun rəsmi saytının yaydığı məlumata görə, komandanı bundan sonra Pablo Maçin çalışdıracaq. 44 yaşlı mütəxəssis əvvəllər “Sevilya”, “Jirona” və “Numansiya”nı da çalışdırıb. Onun “Espanyol”dakı debüt matçı oktyabrın 20-də “Vilyarreal”a qarşı olacaq.