İspaniyanın "Osasuna" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Komanda Visente Morenoya həvalə olunub. 49 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Morenonun son klubu "Almeriya" olub. O, ötən ilin sentyabr ayında istefaya göndərilib.

Komandanın son baş məşqçisi Yaqoba Arrasate idi. "Osasuna" onun rəhbərliyi altında La Liqanın cari mövsümünü 45 xalla 11-ci pillədə başa vurub.