İspaniyanın “Valyadolid” klubunun yeni baş məşqçisi açıqlanıb.


Rekord.az xəbər verir ki, komandanı Dieqo Kokkaya çalışdıracaq.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Argentinalı mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.


53 yaşlı məşqçi son olaraq Meksika millisini çalışdırıb.


“Valyadolid” La Liqada 17 turdan sonra 12 xalla 20 komanda arasında 19-cudur.