İspaniyanın “Atletik” klubu qapıçısı Unai Simonla müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

23 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb. 

Simon 2016-cı ildə “Baskoniya”dan “Atletik”ə gəlib. İspan qolkiper 2018-ci ildən Bilbao klubunun əsas komandasında çıxış edir.