İspaniyanın “Atletik” klubu futbolçusu Unay Nunesin müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

“Atletik”in yetirməsi olan Nunes, bu mövsüm La Liqada 3 oyuna çıxıb.