La Liqa klubunda yeni müqavilə
- 25 Fev 2021 12:22
- 632
İspaniyanın “Atletik” klubu yarımmüdafiəçisi Raul Qarsiya ilə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni müqavilə imzalanıb. Əvvəlki anlaşmanın müddəti bu ilin yayında başa çatacaqdı.
Raul Qarsiya 2015-ci ildən “Atletik”də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 27 oyunda 7 qola imza atıb.