İspaniyanın “Qranada” klubu futbolçusu Roberto Soldadoyla yeni müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 35 yaşlı hücumçu 2021-ci ilin yayına qədər La Liqa klubunda qalacaq.

Soldado bu mövsüm “Qranada” ilə 29 oyunda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.