İspaniyanın "Atletik" klubu yarımmüdafiəçi Ander Herrera ilə müqavilə müddətini uzadıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Mançester Yunayted" və PSJ-dəki çıxışları ilə tanınan 34 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub.

2023/24 mövsümündə Herrera "Atletik"in heyətində meydana çıxdığı bütün yarışlarda 27 oyun keçirib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.