La Liqa klubunda yeni müqavilə
- 06 İyn 2020 14:23
- 581
İspaniyanın “Betis” klubu hücumçusu Loren Moronla müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
26 yaşlı ispaniyalı forvardla müddəti 2024-cü ilin yayında başa çatacaq yeni müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti 2022-ci ilin yayına qədər idi.
Karyerası ərzində “Estepona”, “Marbelya” və “Veles” klublarının da şərəfini qorumuş Moron, “Betis”də 2015-ci ildən çıxış edir.