
La Liqa klubunda yeni müqavilə
- 11 Apr 2025 12:30
- 87
"Sevilya" futbolçusu Xuanlu Sançeslə müqavilə müddətini uzadıb.
Rekord.az İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb.
Bununla da o, 2029-cu ilə qədər "Sevilya"nın şərəfini qoruyacaq.
Xuanlu Sançes İspaniyanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvüdür.