![photo](https://www.rekord.az/storage/uploads/5/pelleqrini-3.jpg)
La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə
- 06 İyl 2023 10:15
- 243
İspaniyanın “Betis” klubu baş məşqçi Manuel Pelleqrini ilə müqavilənin müddətini artırıb.
Rekord.az La Liqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssisin yeni müqaviləsi 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub.
Pelleqrini 2020-ci ilin avqustundan “Betis”ə rəhbərlik edir. Çilili mütəxəssisin gəlişindən bəri bu komanda ardıcıl üç mövsümdür avrokuboklara vəsiqə qazanır.