“Atletik”in baş məşqçisi Ernesto Valverde  klubla müqaviləsinin müddətini uzadıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssislə yeni müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Valverde 2022-ci ilin iyulundan “Atletik”ə rəhbərlik edir.

36 turdan sonra “Atletik” İspaniya La Liqasının turnir cədvəlində 62 xalla 5-ci yerdədir.