La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə
- 19 İyn 2024 18:00
- 133
“Valensiya” baş məşqçisi Ruben Baraxa ilə müqaviləni uzadıb.
Rekord.az xəbər verir ki, çalışdırıcı daha 2 il “yarasalar”a rəhbərlik edəcək.
Onun yeni müqaviləsi 2026-cı ilin iyunun 30-a qədər nəzərdə tutulub. Baraxa 2023-cü ilin fevral ayından bu klubu çalışdırır.
“Valensiya” son mövsümü 49 xalla 9-cu bitirib.