La Liqa klubundan “Əl-Cəzirə”yə
- 31 Avq 2024 10:30
- 132
İspaniyanın "Betis" kollektivi yarımmüdafiəçisi Nabil Fekirlə yollarını ayırıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa millisinin üzvü Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" komandasına transfer olunub.
2019-cu ildən "ağ-yaşıllar"ın şərəfini qoruyan 31 yaşlı oyunçu bu müddət ərzində 165 oyuna çıxıb və 29 qol vurub.
Fekir Fransa millisi ilə 2018-ci dünya çempionatının qalibi olub.