“Selta" futbolçusu Yaqo Aspasla müqaviləsinin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.


37 yaşlı hücumçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.


Yaqo İspaniya La Liqasının cari mövsümündə 16 oyun keçirib, 6 qol vurub və 3 qolun ötürməsini verib. 2008-2013-cü illərdə "Selta"da oynayan Aspas 2015-ci ildə bu kluba qayıdıb. O, "Liverpul" və "Sevilya"nın da formasını geyinib.