İspaniyanın “Real Sosyedad” klubu hücumçusu Aleksandr İsakla müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İsveç yığmasının üzvü ilə yeni müqavilə 2026-cı ilin yayına qədərdir. 

21 yaşlı futbolçu 2019-cu ildən “Real Sosyedad”ın uğurları üçün çalışır. İsveçin AİK klubunun yetirməsi olan İsak, 2017-2019-cu illər aralığında Dortmund “Borussiya”sında da çıxış edib. O, Almaniya klubunda olduğu dövrdə qısa müddət Niderlandın “Villem II” klubunda icarədə də oynayıb.

Aleksandr İsak hazırda İsveç yığmasının heyətində AÇ-2020-də mübarizə aparır. O, ölkəsinin millisində keçirdiyi 26 oyunda 6 qola imza atıb.