İspaniyanın “Qranada” klubu hücumçusu Roberto Soldado ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2020/21 mövsümünün sonuna qədər “Qranada”nın uğurları üçün çalışmağa davam edəcək.

Qeyd edək ki, Soldado 2019-cu ilin yayından formasını geyindiyi “Qranada”da 2019/20 mövsümü ərzində 39 oyuna çıxıb. O, bu oyunlarda 7 məhsuldar ötürmə müəllifi, eləcə də vurduğu 11 qolla komandanın bombardiri olub.