La Liqa klubundan yeni transfer
- 21 İyl 2020 18:42
- 668
İspaniyanın “Valyadolid” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi “Eybar”dan Fabian Orelyananı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
34 yaşlı çilili yarımmüdafiəçi son olaraq “Eybar”ın uğurları üçün çalışıb. O, geridə qalan mövsümdə meydana çıxdığı 31 oyunda 8 qola imza atıb, 10 məhsuldar ötürmə müəllifi olub.
Çili yığmasının sabiq üzvü karyerası ərzində “Udineze”, “Qranada”, “Selta” və “Valensiya” kimi klublarda da forma geyinib.