La Liqa prezidenti FİFA-nı tənqid etdi
- 18 Sen 2021 11:36
- 483
İspaniya La Liqasının prezidenti Xaver Tebas FİFA-nı tənqid edib.
Rekord.az xəbər verir ki, FİFA-nın saytında dünya çempionatının 4 ildən bir yox, daha tez-tez keçirilməsi ilə bağlı sorğu yerləşdirilib.
Tebas ali futbol qurumunun bu ideyasına qarşı çıxıb:
“FİFA-nın sorğusu fəaliyyəti ilə ziddiyyət təşkil edir. Bütün yaş qrupları üzrə dünya çempionatları 4 ildən bir keçirilir.
Əgər FİFA öz fəaliyyəti ilə manipulyasiya edirsə, onda bu təşkilata nə qədər etibar etmək olar?”
FİFA-nın saytında sorğu ilə bağlı yerləşdirilmiş xəbərin başlığı belədir: “Əksər azarkeşlər dünya çempionatının daha tez-tez keçirilməsinin tərəfdarıdırlar”.