La Liqa prezidenti istefaya göndərilir?
- 18 Mar 2021 12:20
- 1338
La Liqa prezidenti Xavyer Tebas istefaya göndərilə bilər.
Rekord.az "AS"a istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası bununla bağlı Ali İdman Şurasına məktub göndərib.
Qurum maraqların toqquşması və ədalətli rəqabət prinsipinin pozulması səbəbindən Tebasın istefaya göndərilməsini tələb edib.
Sənəddə La Liqa prezidenti ilə iki İspaniya klubu arasındakı münasibət təsvir olunur. Xüsusilə, Fuenlabradanın Tebas hüquq firmasından məsləhət xidmətləri aldığı və Xavyerrin oğlunun dolayı yolla "Qranada" ilə əlaqəli olduğu göstərilir.
Qeyd edək ki, ötən il "Fuenlabrada" ilə əlaqəsi olduğu üçün Tebasın vəzifəsindən kənarlaşdırılması üçün cəhdlər edilmiş, lakin bu alınmamışdı.