
La Liqa rekordunu təkrarladılar
- 14:40
- 38
İspaniyanın "Barselona" klubu bir matçda qapıya vurulan zərbələrin sayına görə La Liqa rekordunu təkrarlayıb.
Rekord.az xəbər verir ki, bu, XXXIII turda "Malyorka"ya qarşı oyunda (1:0) gerçəkləşib.
Hans-Diter Flikin rəhbərlik etdiyi kollktiv rəqib qapısına 40 zərbə endirib. Bu zərbələrdən 13-ü "çərçivə"yə gedib.
2003/2004 mövsümündən bəri bu göstəricidə yeganə rekordçu "Real" idi. Madrid klubu 2011-ci ildə ölkə çempionatında "Saraqosa"nın qapısına eyni sayda zərbə endirmişdi.
Qeyd edək ki, "Barselona" hazırda 76 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.