
La Liqada aprel ayının ən yaxşı oyunçusu bilindi
- 12:30
- 37
İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Pedri La Liqada aprel ayının ən yaxşı oyunçusu seçilib.
Rekord.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
O, səsvermədə Xulian Alvares ("Atletiko"), Georgi Mamardaşvili ("Valensiya"), Xavyer Puado ("Espanyol") və Serxi Darderi ("Malyorka") qabaqlayıb .
22 yaşlı futbolçu bu ay meydana çıxdığı 4 görüşdə yüksək performans sərgiləsə də, qol vura bilməyib.
Pedri bu mövsüm ilk dəfə La Liqada ayın oyunçusu adına layiq görülüb.