Futbol üzrə İspaniya La Liqasının prezidenti Xavyer Tebas açıqlama verib.

Rekord.az xəbər verir ki, La Liqanın “youtube” kanalına danışan Tebas, ölkə çempionatının azarkeşsiz keçiriləcəyini deyib:

“Koronavirusun vaksini tapılana qədər La Liqada oyunlar azarkeşsiz keçiriləcək. Yanvar və ya  fevralda vaksinin tapılacağına ümid edirik”.

La Liqada yeni mövsümə sentyabrın 11-də start veriləcək.