La Liqadan De Byaziyə təbrik FOTO
- 31 İyl 2020 15:20
- 772
Canni De Byazi millimizə baş məşqçi təyin olunması münasibətilə İspaniya La Liqasından təbrik alıb.
Rekord.az xəbər verir ki, çempionatın rəsmi Feysbuk səhifəsindəki paylaşımda italiyalı mütəxəssislə yanaşı, AFFA-ya da təbrik ünvanlanıb: “Keçmiş La Liqa məşqçisi Canni De Byazini Azərbaycan millisinin baş məşqçi vəzifəsinə təyin olunması münasibətilə təbrik edirik. Təbriklər AFFA”.
AFFA-nın təbriki Azərbaycan dilində çatdırılıb.
Qeyd edək ki, 64 yaşlı mütəxəssis İspaniyada "Levante" və "Alaves"i çalışdırıb.
Xatırladaq ki, ötən gün millimizə təyinatı rəsmən açıqlanan De Byazinin AFFA ilə sözləşməsi UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.