La Liqanın daha bir klubu maaşları azaltdı
- 12 Apr 2020 19:00
- 671
İspaniyanın “Levante” klubu da futbolçuların və məşqçilərin məvacibini azaltmağa qərar verib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış La Liqada mövsüm bərpa olunmasa, futbolçuların və məşqçilərin məvacibində 20 faiz endirim olunacaq. Mövsüm bərpa olunacağı və azarkeşsiz keçiriləcəyi halda isə, maaşlar 3 faizlik azalma ilə ödəniləcək. Artıq bütün kollektiv bu qərara razı olduğunu bildirib.
“Levante” İspaniya La Liqasında 27 oyuna 33 xal toplayıb və 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.