La Liqanın daha bir klubu məşqləri bərpa edir
- 12 Apr 2020 18:00
- 614
İspaniyanın “Real Sosyedad” klubu məşqlərə başlayır.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, klubun koronavirus pandemiyası səbəbiylə dayandırılan məşqləri aprelin 14-dən bərpa edəcəyi bildirilib.
Klub, məşqə qatılmağın məcburi olmadığını, eyni zamanda, məşqlərin toplu halda keçirilməyəcəyini bildirib. Məşq zamanı lazımi qaydalara əməl ediləcək.