Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lahıc qəsəbəsində “Zəfər Günü”nə həsr olunmuş “Şən startlar” estafet yarışları keçirilib.

Rekord.az xəbər verir ki, yarışa rəhbərlik məşqçi-müəllim Bənövşə İsmayılova tərəfindən edilib.

I-IV siniflər atketika idmanının "yerindən uzunluğa tullanma" və 30 metr məsafədə maneələri dəf etməklə öz güclərini sınayıblar.

Yarışın keçirilməsi “Zəfər Günü” nün qeyd edilməsi, uşaqlar arasında atletika idman növünə marağın artırılması və sağlam həyat tərzinin uşaqlar arasında təbliğ edilməsi məqsədini daşıyıb.