"Mançester Siti"nin müdafiəçisi Emerik Laport karyerasını İspaniya çempionatında davam etdirə bilər.

Rekord.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Real" 27 yaşlı futbolçu ilə maraqlanır.

Laportun "Mançester Siti" dən ayrılmağa müsbət baxdığı bildirilir, çünki komandanın start heyətində yer almamasından narazıdır.

Futbolçu ilə eyni zamanda "Yuventus" və "Real"ın La Liqadakı əsas rəqibi - "Barselona" da maraqlanır.

Qeyd edək ki, Laport ötən mövsüm "Mançester Siti"də 27 oyuna çıxıb və 2 qol vurub