"Barselona"nın prezidenti Joan Laporta klubdan ayrılan Lionel Messi ilə vidalaşıb.

Rekord.az xəbər verir ki, o, öz Tvitter səhifəsində bu barədə paylaşım edib. Laporta yazıb:

"Sizə ailənizə ən yaxşısını diləyirəm. "Barselona"nın qapıları hər zaman sizin üçün açıq olacaq. Hər şey üçün təşəkkür edirəm, Leo".