"Barselona"nın prezidenti Joan Laporta komandanın hücumçusu Lionel Messinin müqaviləsindəki vəziyyətdən danışıb.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Messinin müqaviləsi yenilənəcəkmi? Bu barədə onun özündən soruşmaq lazımdır. Əlimizdən gələni edirik. Lionelin motivasiyalı olduğunu və "Barselona"da oynamağa davam etmək istədiyini görürəm. Buna əminəm".

Qeyd edək ki, argentinalı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsi bu yay başa çatır.