"Barselona"nın prezidenti Joan Laporta Robert Levandovskinin "Bavariya"dan transfer olunması prosesindən danışıb.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, o, deyib:

“Doqquzluğu hədəf almışdıq. Əgər cin peydə olub, bizə 3 arzu diləmək şansı versəydi, o zaman ardıcıl qol vuran, dəfələrlə “Qızıl buts”a layiq görülən birini transfer etməyi seçərdik. Bunların hamısı Levandovskidə cəmləşib. Onun meneceri ilə çox xüsusi münasibətim var. Soruşdum: "Bu transfer üçün imkan varmı?" Və o dacavab verdi: "Bəli". Dərhal “Bavariya” ilə əlaqə saxladıq. Robert də onunla müqavilə bağlaya bilib-bilməyəcəyimizi soruşdu. Mən onu sakitləşdirdim. Mən Levandovskiyə dedim ki, əgər biz yalnız bir oyunçu ilə müqavilə bağlaya bilsək, bu o olacaq. Ona daha çox pul təklif edən başqa klublar da var idi. Mən xoşbəxtəm və minnətdaram ki, o, belə vəziyyətdə bura gəlməyə razı oldu". 

Xatırladaq ki, "Barselona" bu yay Levandovski ilə 4 illik müqavilə imzalayıb.