Laporta onu idman direktoru kimi görmək istəyir
- 09 Mar 2021 15:22
- 568
“Barselona”nın yeni prezidenti Xuan Laporta idman direktoru vəzifəsinə Mateu Alemaninin namizədliyini irəli sürüb.
Rekord.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan Laporta tezliklə Alemaninin namizədliyini müzakirə edəcəklərini bildirib:
“Alemaninin biliyini yüksək qiymətləndirirəm. Müasir futbol haqda çox məlumatlıdır. Tezliklə onun namizədliyini müzakirə edəcəyik”.
Alemani son olaraq “Valensiya” klubunda menecer kimi çalışıb. 58 yaşlı funksioner 2019-cu ilin noyabrından işsizdir.
“Barselona” klubunun hazırkı idman direktoru Ramon Planesdir.