Laportadan Kumana qadağa
- 06 Okt 2021 13:47
- 488
“Barselona”nın prezidenti Xuan Laporta komandanın baş məşqçisi Ronald Kumana qadağa qoyub.
Rekord.az xəbər verir ki, klub prezidenti 58 yaşlı mütəxəssisə Niderland mətbuatına danışmağı qadağan edib.
Bu barədə Niderlandın “ad.nl” saytı məlumat yayıb.
Niderlandda yayımlanan HLF8 tok-şousunun redaktoru da Kumanı verilişə dəvət etdiyini, ancaq onun buna “yox” cavabı verdiyini bildirib.